Kitabzade
Kitablar Şeirlər İnsanlar
Giriş Qeydiyyat
  1. Ana səhifə/
  2. İnsanlar/
  3. Məşədibaba Aydəmirov
M

Məşədibaba Aydəmirov

Mashadibaba Aydamirov

Məşədibaba Bilal oğlu Aydəmirov (1971–2011) Azərbaycan şairi, qəzəlxanı və meyxanaçısıdır.

Rəsmi sayt

Yazdığı şeirlər

1 şeir

Bəsimdir

Gülzar üzünü yar mənə göstərsə bəsimdir

Könlüm oradan bir dənə gül dərsə bəsimdir

Mən istəmərəm başqa gözəllər məni sevsin

Öz yarım əgər xətrimi istərsə bəsimdir

Yoxdur fikirim xalça olum yad başı üstə

Kandarda həsir tək məni yar sərsə bəsimdir

Mən istəmərəm tutsa səsim külli-cahanı

Allah mənə bir zümzümə göndərsə bəsimdir

Məşədibaba Aydəmirov
Kitabzade

Azərbaycan dilində kitabları, müəllifləri, şairləri və şeirləri kəşf etmək üçün açıq ədəbi kataloq.

KitablarŞeirlərİnsanlar

© 2026 Kitabzade