
Ramiz Rövşən
Ramiz Rovshan
Ramiz Rövşən 1946-cı ildə Bakıda doğulmuş Azərbaycan Xalq şairi, yazıçı, esseist, kinossenarist və tərcüməçidir. Onun şeir və nəsr əsərləri insanın daxili aləmi, zaman, yaddaş və mənəvi seçim mövzuları ilə seçilir.
Yazdığı kitablar
1 kitab
Yazdığı şeirlər
3 şeir
Yağış
Bu yerləri, bu göyləri yağış yuyur, gün qurudur,
Bu dünyada çox şeyləri yağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da, bağrımızın başını da.
Qəbrimizin daşını da, yağış yuyur, gün qurudur.
Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi,
Yağış yuyur, gün qurudur.
Qarışqa ömrü
Yaşamaq, doğrudan, çox gözəl işdir,
Bir az pulun olsun, bir az imkanın.
Dörd yanın şıdırğı alış-verişdir;
Arzu bazarıdır, ümid dükanı.
Dolan bu bazarı, atam balası,
Simiclik eləmə qəpik-quruşa.
Lənkəran limonu, Şəki halvası,
Turşu şirinə qat, şirini turşa.
Ayrılıq
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
